Nazirdən məktəbli qızlara şalvar qadağasına - Reaksiya
Elm və təhsil naziri Emin Əmrullayev qızlar üçün nəzərdə tutulan şalvarın üzərindən xətt çəkilərək valideynlərə göndərilməsi məsələsinə münasibət bildirilib.
Demedia.az verir ki, nazir belə hallarla bağlı tədbir görüləcəyini bildirib.
"Formanın elementləri təsdiq olunubsa, valideynlər bunu seçə bilər. Heç kim bu qaydanı poza bilməz. Belə hallar varsa, həmin direktorlar düz etmir. Konkret məktəb olmadıqda bu məsələləri araşdırmaq olmur. Lakin konkret məktəblərin nömrələri nazirliyə bildirilərsə, aidiyyəti üzrə tədbir görüləcək", - E.Əmrullayev qeyd edib.