Sumqayıtda yaşayış binasında yanğın olub

 15:44 26.08.2022     458

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 5 ədəd sayğac və 20 p.m kabel yanıb.

FHN-dən Demedia.az-a verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.