Gədəbəy rayonunun tibb məntəqəsi qəzalı vəziyyətdədir - VİDEO

 12:50 29.08.2022     181

Gədəbəy rayon Mərkəzi Xəstəxanasının Fərzalı kənd məntəqəsi qəzalı vəziyyətdədir.

Demedia.az xəbər verir ki, bununla bağlı tanınmış jurnalist Nicat Sadiqli özünün sosial media hesabında paylaşım edib. O qeyd edib ki, tikili o qədər təhlükəli vəziyyətdədir ki, tibbi işçiləri iş vaxtı məntəqənin həyətində oturmaq məcburiyyətində qalırlar. Nicat Sadiqli məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və Gədəbəy Rayon İcra hakimiyyətinə çağırış edib.