Minaya düşən ANAMA əməkdaşının son durumu



 13:14 30.08.2022     415

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Qubadlıda minaya düşən əməkdaşının son durumunu açıqlayıb.

ANAMA-nın Mətbuat Xidmətindən Demedia.az-a bildirilib ki, bu gün Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə, Nəcməddin Abdulla oğlu Hüseynova yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hal-hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq.