Küçədə qadını bıçaqladı: maşınla qaçdı - Video

 14:02 30.08.2022     274

Bakıda qadın sevgilisi tərəfindən küçənin ortasında 9 bıçaq zərbəsi alıb.

Demedia.az xəbər verir ki, bu barədə Bakı.vs-nin "qaynar xətt"inə məlumat daxil olub.

Hadisə zamanı naməlum şəxs 77 CZ 316 dövlət nişanlı avtomobillə hadisə yerindən qaçıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Yaxınlıqdakı xəstəxənaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.