Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin icrası DGK sədrinin I müavininə tapşırılıb



 13:58 01.09.2022     283

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Komitə sədrinin I müavini İsmayıl Hüseynova həvalə edilib.

Demedia.az-ın məlumatına görə, bu barədə DGK sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Dövlət Komitəsindən “Report”a faktı təsdiqləyiblər.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib.