SOCAR "AzəriQaz" İB-nin baş direktoru Qəbələ rayonunda vətəndaş qəbulu keçirib



 11:15 06.09.2022     609

"Dövlət başçısının müvafiq tapşırığına əsasən digər qurumlar kimi SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq davamlı şəkildə regionlarda vətəndaşlarla görüşlər keçirərək, yerlərdə qaz təsərrüfatına dair problemlərin həllinə dəstək oluruq. Məqsədimiz, amalımız sizlərin yanında olmaqdır."

Demedia.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev Qəbələ rayonunda keçirilən vətəndaş qəbulu zamanı bildirib. Görüşdə Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin tabeliyində olan xidmət sahələrindən olan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub. SOCAR "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev qəbula üz tutan 20-dək vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli barədə Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərlərliyinə müvafiq tapşırıq verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Vətəndaşlar müraciətlərinə baxılması üçün onlara bu cür rahat şərait yaradıldığına görə Dövlət başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.