FHN-də çəkilən intim videolar belə yayılıb - ŞOK DETAL



 09:07 08.09.2022     613

Hazırda həbsdə olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin sabiq köməkçisi Zaur Mirzəyevin nazirlikdəki iş otağında intim münasibətdə olduğunu əks etdirən videoların yayılmasının səbəbləri üzə çıxıb.

Demedia.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu, Zaur Mirzəyevin həbsindən sonra aparılan araşdırma zamanı üzə çıxıb. Belə ki, Zaur Mirzəyev bir neçə ay əvvəl iş otağındakı komüpteri paytaxtdakı təmir məntəqələrindən birinə verib. Kompüteri yenidən proqramlaşdıran usta orada həmin görüntülərlə rastlaşıb. Zaur Mirzəyevin intim videolarını köçürən kompüter ustası sonradan onu şantaj edib.

Məlumata görə, bu videoların gələcəkdə yayılmaması üçün Zaur Mirzeyevdən 100 min manat tələb olunub. O, bu vəsaiti vermədikdən sonra həmin görüntülər yayılmağa başlayıb. Məlumatda həmin şəxsin də həbs edildiyi deyilir.

Zaur Mirzəyevin özü və vəkili ona qarşı Cinayət Məcəlləsinin 242 -ci maddəsi ilə (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) irəli sürülən ittihamı qəbul etməyib.