“Azəriqaz” bu ilin sonuna qədər 7 kənd və 3 yaşayış massivini qazlaşdıracaq



 11:54 09.09.2022     593

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi builki qazlaşdırma proqramına uyğun olaraq 69 kəndin və 62 yaşayış məntəqəsinin təbii qazla təchiz edilməsi işlərini davam etdirir.

Demedia.az-ın məlumatına görə, bunu qurumun Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

"Artıq 3 kəndə və 9 yaşayış massivinə qaz verilib.40 kənd və 31 yaşayış massivində qazlaşma işləri aparılır. 5 kənd və 17 yaşayış massivində qazlaşma işləri istismara qəbul prosesindədir. Bundan sonra bu ilin sonuna qədər 7 kənd və 3 yaşayış massivində qazlaşma işlərinin aparılması gözlənilir", - o deyib.