Trampın komandası məxfi sənədləri gizlədib?



 21:51 09.09.2022     604

ABŞ-ın keçmiş rəhbəri Donald Trampın komandası prezidentlik müddətinin sonunda Ağ Evdən aparılan bütün məxfi sənədləri geri qaytarmamış ola bilər.

Demedia.az xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ Prokurorluğu bunu ölkənin milli təhlükəsizliyinə potensial təhdid adlandırıb.

Qeyd edək ki, Tramp Florida ştatının Palm Biç şəhərindəki kurortunda üzərində “məxfi” qrifi olan hökumət sənədlərinin tapılması faktına görə istintaq altındadır.

Trampın Mar-a-Laqo malikanəsində aparılan axtarış zamanı müsadirə olunan 100 sənəd onun əlindəki 11 000-dən çox sənəd və fotoşəkilin yalnız bir hissəsidir və hüquq-mühafizə orqanlarının rəyinə görə, onların əksəriyyəti məxfi olmadığı üçün keçmiş prezident tərəfindən baxıla bilər.

ABŞ Ədliyyə Nazirliyi (həm də Baş Prokurorluq) sabiq dövlət başçısının Ağ Evdən müstəntiqlərin hələ aşkar etmədiyi başqa gizli lentləri də götürə biləcəyini güman edir. Belə ki, daha əvvəl Ədliyyə Departamenti Trampın evindən müsadirə edilmiş əmlakın təfərrüatlı siyahısını açıqlamışdı. Bu siyahıda üzərində “məxfi” qrifi qeyd olunan 48 boş qovluq da var.