Azərbaycanı Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi üçün vacib işlər aparılır



 14:12 12.09.2022     450

Azərbaycanı Naxçıvan üzərindən Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi üçün zəruri addımlar atılır. 2021-ci il oktyabrın 26-da iki ölkənin rəhbəri tərəfindən təməli qoyulan Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 57 faizi tamamlanıb.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin "Akşam" nəşri yazıb.

Qeyd edilir ki, iki ölkəni avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun yarıdan çoxunda tikinti işləri tamamlanıb.

Dəhlizin Azərbaycana aid hissəsində uzunluğu 123,6 kilometr olan yol Füzuli rayonunun Əhmədbəyli kəndindən başlayır.

"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu beynəlxalq standartlara uyğun birinci dərəcəli keyfiyyətlə tikilir.

Avtomobil yolunun 77,5 kilometrlik hissəsi altı hərəkət zolağı, qalan hissəsi isə 4 hərəkət zolaqlı olmaqla layihələndirilib.

Yolda tikilməkdə olan 3 avtomobil tunelinin 37 faizi tamamlandığı halda, layihədəki 23 körpüdən 19-u tikilməkdədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında türk şirkətləri tərəfindən aparılan