Azərbaycanın 3 rayonunun qaz təchizatında müvəqqəti fasilə olacaq



 12:29 12.09.2022     260

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Azadkənd-İmişli yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış və müvəqqəti qarşısı alınmış qaz sızmalarının ləğvi məqsədilə, sabah saat 08:30-dan etibarən "İmişli" və "Otuzikilər" QPS-lərdən qaz təchizatının dayandırılması və təmir işlərinin aparılması planlaşdırılır.

Demedia.az bu barədə "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, təmir işləri görülən müddətdə İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonunun Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.