Nikol Paşinyan Ermənistanın 49 hərbçisinin öldüyünü etiraf edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginlikdə ölən erməni hərbçilərin ilkin sayını açıqlayıb.
Demedia.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət başçısı parlamentdə çıxış edərkən danışıb.
Onun sözlərinə görə, Ermənistan tərəfi 49 hərbçisini itirib: “Bu, yekun rəqəm deyil”.