Müdafiə Nazirliyi: "İtkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək"
"Təəssüf ki, itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək".
Demedia.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır: "Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".
A.Eyvazov eyni zamanda xüsusilə Ermənistan KİV-də yayılan dezinformasiyalara inanmamağa, ancaq rəsmi məlumatlara müraciət etməyə çağırıb.