MİDA mənzil satışı TƏXİRƏ DÜŞDÜ - Nə baş verir?



 11:40 15.09.2022     633

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı müvəqqəti təxirə salınıb.

Demedia.az-ın xəbərinə görə, mənzillərin satışı zamanı portalda ASAN login üzərində yüklülük səbəbindən texniki problem yaranıb.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini Mehdi Cavadov bildirib ki, sınaqlar uğurlu olmuşdu və daha əvvəl 20 min potensial istifadəçinin daxil olması mümkün idi.