15 günün qəza statistikası: 29 ölü, 11 yaralı

 16:38 16.09.2022     340

Sentyabrın ayının 15 günündə respublikanın avtomobil yollarında ölümlə nəticələnən 28 yol-nəqliyyat hadisəsi baş verib.

Demedia.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, qəzalarda 29 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.