"Bölmələrimizin mühasirəyə düşməsi yalandır" - Müdafiə Nazirliyi



 17:01 16.09.2022     3479

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.

Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.

Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq.