Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

 12:13 20.09.2022     236

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub.

Federasiyadan Demedia.az-a verilən məlumata görə, “shushachess.az” internet saytı şahmat həvəskarlarının son informasiya ilə operativ formada təmin olunmasına xidmət edəcək. Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Burada Şuşanın tarixi barədə məlumat, o cümlədən yarış iştirakçıları ilə bağlı informasiyalar yer alıb. Şuşada ilk şahmat turniri “shushachess.az” saytı ilə canlı yayımlanacaq. Bütün partiyalar Azərbaycan və ingilis dilində şərh olunacaq.

“Shusha Chess 2022” turniri 21 - 24 sentyabrda keçiriləcək.