Belə bir qurum tanımırıq - Qərbi Azərbaycan İcması
Son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bizə daxil olan çoxsaylı müraciətlərə əsasən bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır.
Demedia.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat xidməti məlumat yayıb.
“Bizim icmanın o qurumla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər”, - məlumatda qeyd olunur.