"Bakcell" və "Nar" operatorlarının şəbəkələrində texniki nasazlıq aradan qaldırılıb



 22:49 21.09.2022     309

Bu gün axşam saatlarında “Nar” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Demedia.az-a bu barədə “Nar” şirkətindən bildirilib.

"Şəbəkə xidmətlərimizdə yaranan müvəqqəti çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb. Xidmətlərimizin təqdim olunmasında yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik", - şirkətdən qeyd olunub.