Rəşad Məcid Mətbuat Şurası İdarə Heyətinin sədri seçildi
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası (MŞ) İdarə Heyətinin sədri seçilib.
Demedia.az-ın xəbərinə görə, Şuranın VIII qurultayında onun namizədliyi irəli sürülüb.
Səsvermə nəticələrinə əsasən, R.Məcid MŞ sədri postunu tutacaq.
İndiyədək bu vəzifəni Əflatun Amaşov tuturdu. Ə.Amaşov 2003-cü ildən MŞ sədri idi.