Sərnişindaşıma ilə bağlı təkliflər hazırlanacaq
Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətlərinin ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və bu sahədə qiymət siyasətinə yenidən baxılması müraciəti ilə bağlı təkliflər hazırlanacaq.
Bu barədə Demedia.az-a Tarif Şurasından məlumat verilib.
Bildirilib ki, müraciətdə göstərilən məsələlərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.