Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı



 17:07 30.09.2022     415

Respublika Endokrinoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib.

Demedia.az Oxu.Az-a istinadla xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan “Respublika Endokrinoloji Mərkəzi” publik hüquqi şəxsin direktoru Yusif Yəhya oğlu İsmizadə bu gündən tutduğu vəzifədən azad olunub.

Faktı Oxu.Az-a TƏBİB-dən təsdiq ediblər.