“Azəriqaz” bu rayonlarda “Açıq mikrofon” aksiyası keçirəcək



 18:00 01.10.2022     445

Növbəti həftə (03-06.10.2022 tarixləri) daha 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Bu barədə Demedia.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı), 2-ci günü saat 14:00-dan 15:00-dək Bərdə rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Yevlax rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Ağdam rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.