“Eşit” Ədəbiyyat və Sənət Dərnəyi fəaliyyətə başladı - FOTO
“Eşit” Ədəbiyyat və Sənət Dərnəyi fəaliyyətə başlayıb.
Demedia.az xəbər verir ki, IV Milli Kitab Sərgisində baş tutan poeziya gecəsində ədəbi ictimaiyyətə təqdim olunan dərnəyin təsisçiləri şairlər Bəxtiyar Elcan, Raqif Raufoğlu, Bahadur Qobustan və Cəlil Cavanşirdir. Baş tutan tədbirdə dərnəyin qurucularından olan şair Raqif Raufoğlu dərnək oxuculara və sərgi iştirakçılarına məlumat verib.
“Uzun illərdi birlikdə yol gəldiyimiz qələm dostları ilə qərara gəldik ki, yeni ədəbiyyat və sənət dərnəyi təsis edək. Dördümüz də ədəbi fəaliyyətə Gəncə şəhərində fəaliyyət göstərən “Gəncliyin səsi” Ədəbi Birliyində başlamışıq. Uzun illər müxtəlif təşkilatlarla əməkdaşlıq etsək də, əsasən müstəqil fəaliyyət göstərməyə üstünlük vermişik. Hər birimiz müxtəlif sahələrdə çalışsaq da, əsas qayəmiz ədəbiyyatın inkişafı olduğu üçün yenidən bir araya gəlməyə qərar verdik. “Eşit” ədəbi mühitdə alternativin olmaması ehtiyacından meydana çıxıb. Ədəbiyyat təşkilatlarından yalnız Azərbaycan Yazıçılar Birliyi geniş fəaliyyət göstərir. Hazırda ədəbi mühitə canlanma gətirmək üçün yeni təşkilata ehtiyac var. Ayda bir neçə dəfə görüşlər, tədbirlər, imza günləri, konfrans və seminarlar keçirməyi planlaşdırırıq. Gəlcək hədəflərimizdə müxtəlif sənət sahələri üzrə master-klasslar və seminarlar keçirməyi də düşünürük”.
Daha sonra “Eşit” təsisçilərindən Bəxtiyar Elcan dərnəyin yaranma zərurətindən və gələcək planlarından danışıb.