“Unibank” müştərilərinə 900 AZN göndərdi, sonra…



 14:12 04.10.2022     404

Bu gün bir çox "Unibank" müştərilərinin kart hesabına 900 manat pul köçürülməsi, daha sonra isə geri qaytarılması barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Demedia.az-ın sorğusuna cavab olaraq “Unibank”dan bildirilib ki, köçürülmə texniki problem səbəbindən yaranıb:

“Texniki problemlə bağlı bəzi müştərilərin balansına səhvən pul yüklənib. Artıq problem aradan qaldırılıb və səhvən köçürülən vəsaitlər həmin müştərilərin hesabından geri çəkilib”.