MEDİA-da “Demirören” İnformasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib



 12:18 05.10.2022     330

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Demirören” İnformasiya Agentliyinin (DHA) baş direktoru Celal Korkutun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Demedia.az MEDİA-ya istinadən xəbər verir ki, görüşdə DHA-nın Təhsil Layihələri qrupunun direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu və Trend Beynəlxalq İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov iştirak ediblər.

Görüş zamanı Əhməd İsmayılov qonaqlara Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, Medianın İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, çap və onlayn mediaya dəstək proqramları, “Media haqqında” Azərbaycan Respublikası Qanunu, Media Reyestrinin aparılması qaydaları barədə ətraflı məlumat verib. O, media sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Görüş zamanı Təhsil Layihələri Qrupunun Direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu Türkiyədə yaradılan Demirören media peşə və texnologiya liseyi layihəsi haqqında ətraflı məlumat verib.

Görüşdə səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.