Azəriqaz bu il 210 min sayğacı əvəz edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin 9 ayı ərzində 210 min qaz sayğacı əvəz edilib.
Demedia.az xəbər verir ki, bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz" İB-nin şöbə rəisi Rövşən Mehiyəddinov deyib.
“Bu gün 2,4 miyona yaxın abonent qaz sayğları ilə təmin edilib. 2022-ci ilin əvəllinə 650 minə qədər dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud idi. Cari ilin 9 ay ərzində 210 min qaz sayğacının əvəz olunması təmin olunub. Qaz sayğaclarının dövri yoxlama müddəti 5 il müəyyən olunduğu üçün bu rəqəmlər hər gün yenilənir. Yəni burada sıfrlamadan söhbət gedə bilməz. Bu, mütəmadi davam edən prosesdir”.