Hərbi maşın Zəfər Yolunda qəzaya uğradı

 17:40 07.10.2022     582

ocalıda hərbi maşın qəzaya uğrayıb.

Demedia.az-ın məlumatına görə, hadisə rayonun Tanaxçı kəndində, Zəfər Yolunun 176-cı kilometrliyində baş verib.

"Mercedes" markalı minik avtomobil yolun kənarında dayanmış MAZ markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. "Mercedes"in sürücüsünün ərazidə aparılan təmir-tikinti işlərində çalışan şəxslərdən biri olduğu bildirilir.

Hadisəni DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya təsdiqləyib. 

Faktla bağlı araşdırma aparılır.