Bu günün hava PROQNOZU

 09:00 11.10.2022     143

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Demedia.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-7° isti, gündüz 11-16° isti olacaq.