Əmək Məcəlləsinə dəyişiklik: tərəflərin öhdəlikləri yenilənir
Milli Məclis Əmək Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsini müzakirəyə çıxarıb.
Demedia.az xəbər verir ki, dəyişikliklərə əsasən, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində təhsilini təşkil etməsi nəzərdə tutulur.
Bundan başqa Məcəllənin 2.65-ci maddənin 5-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:
İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
Həmçinin dəyişikliklər işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
Qeyd edək ki, dəyişikliklər həm işçinin, həm də işəgötürənin üzərinə müəyyən öhdəliklər qoyur.