"Ortaq dil və tarix türk dövlətləri arasında daha dərin əlaqələr üçün vacibdir"



 13:02 17.10.2022     261

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.

Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Nazir toplantıdakı çıxışında deyib ki, ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət türk dövlətləri arasında daha dərin əlaqələr və həmrəylik üçün vacibdir.