Bu ərazidə dairəvi hərəkət təşkil edildi - Video

 19:00 18.10.2022     794

Bakıda Qəzənfər Musabəyov, Cəfər Xəndan və 22-ci Dağlıq küçələrinin kəsişməsində hərəkətin təşkilinə dair dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, 6 küçənin kəsişdiyi mürəkkəb yolayrıcında kəsişmənin həndəsi quruluşuna uyğun olaraq ilk dəfə taktiki urbanizm elementlərindən istifadə olunmaqla dairəvi hərəkət təşkil edilib.