Ərdoğanın təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına eniş etdi

 12:52 20.10.2022     366

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Demedia.az xəbər verir ki, Türkiyə liderini gətirən təyyarə Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qeyd edək ki, Ərdoğan bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək və digər tədbirlərə qatılacaq.