Ərdoğanın “qızılmı” sualına Əliyevin möhtəşəm cavabı

 14:17 20.10.2022     457

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində maraqlı anlar yaşanıb.

Demedia.az xəbər verir ki, açılış lentini kəsmək üçün yaxınlaşan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevdən qayçının dəstəyinə işarə ilə (qızılı rəngdə olmasına görə) “altunmu” deyə zarafatla soruşur.

İlham Əliyev isə “qızıla bənzəyir” deyərək, əlavə edir:

- Ancaq Siz lenti kəsəcəksiniz, bu, altundan da qiymətli olacaq!