Türkiyə hərbçilərinin ölkəmizdə qalma müddəti uzadılır



 17:02 20.10.2022     517

Azərbaycanın işğaldan azad edilən ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər.

Demedia.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə və daimi sülhün qorunmasına nəzarət edən Türkiyə Ordusunun hərbçilərinin Qarabağda xidmət müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib.

Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq.