Azərbaycanda koronavirusla bağlı SON DURUM
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 54 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demedia.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 822 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 486 nəfər müalicə olunaraq sağalıb, hazırda 384 aktiv xəstə var. Bu günə qədər 9 935 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 984, bu günə qədər isə ümumilikdə 7 299 324 test icra olunub.