Nazirlik Binəli Yıldırım və Şamil Ayrımın səhhəti ilə bağlı MƏLUMAT YAYDI
Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.
Səhiyyə Nazirliyindən Demedia.az-a verilən məlumata görə, onların vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.