Sabaha olan hava proqnozu AÇIQLANDI

 15:42 22.10.2022     364

Azərbaycanda oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demedia.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

Qeyd olunub ki, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarına gəlincə, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsilcəyi gözlənilir.

Bildirilib ki, həmçinin arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-18° isti, dağlarda gecə 0°-yə yaxın, gündüz 4-8° isti olacaq.