Bakı metrosu: "Gediş haqqının artırılması ilə bağlı..."
"Bakı Metropoliteni" QSC Tarif (Qiymət) Şurasına gediş haqqının artırılması ilə bağlı müraciət etməyib.
Demedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
"Qiymət artımı ilə bağlı müraciət edilməsi gözlənilmir", - o deyib.