Azərbaycanın Baş naziri Qazaxıstana getdi
Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedib.
Bu barədə Demedia.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, Baş nazir Əli Əsədov Qazaxıstanın Baş naziri Alixan Smailovun dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 27-də Astanaya işgüzar səfərə gedib.