Nazir yeni sədri kollektivə təqdim etdi
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov kollektivə təqdim olunub.
Demedia.az-ın əldə etdiyi məlumata görə, onu kollektivə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təqdim edib.
Qeyd edək ki, oktyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rövşən Mürvət oğlu Rüstəmov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Bundan əvvəl "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov olub.