Rusiyada qubernatorun oğlu axtarışa verildi
Rusiyanın Krasnoyarsk vilayətinin qubernatorunun oğlu Artem Uss xüsusilə külli miqdarda çirkli pulların yuyulması işi üzrə axtarışa verilib. Oktyabrın ortalarında Uss İtaliyada saxlanılıb.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Moskva Bələdiyyə Məhkəməsinin məlumatına görə, Uss qiyabi həbs edilib.
Artem Uss oktyabrın 17-də ABŞ-ın tələbi ilə Milan hava limanında saxlanılıb. ABŞ Ədliyyə Nazirliyi onu və bir neçə başqa şəxsi sanksiyalardan yayınmaqda və çirkli pulların yuyulmasında ittiham edir. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər Rusiya hərbi sənaye kompleksində sonrakı istifadə üçün Amerika texnologiyalarını əldə etmək sxemi təşkil ediblər, həmçinin ABŞ sanksiyalarından yan keçmək üçün Venesuela neftini satıblar. Birləşmiş Ştatlar Ussun ekstradisiyasını tələb etmək niyyətində olduğunu açıqladı.
Krasnoyarsk vilayətinin qubernatoru Aleksandr Uss oğlunun saxlanmasını şərh edərkən ABŞ-ın ona qarşı ittihamlarının “siyasi rəngini” açıqlayıb.
Məlum olduğu kimi, cinayət yolu ilə əldə edilən komponentlərin bir qismi Ukraynada döyüş meydanında ələ keçirilən Rusiya silahlarında tapılıb.