Azərbaycanda zəlzələ oldu



 20:31 29.10.2022     458

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Demedia.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, zəlzələ 3,6 maqnitudada olub. Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.