Ordumuzun təminatının daha da gücləndirilməsi təklif olundu
"Ermənistan bu gün həm İrandan, həm də Hindistandan yeni silahlar almağı düşünür. Təbii ki, həmin silahların da Azərbayana qarşı tuşlanması nəzərdə tutulur. Ona görə də təklif edirəm ki, ordumuzun təminatı daha da gücləndirilməlidir".
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında çıxışı zamanı deyib.