Zəfər Günü üçün hava proqnozu açıqlandı

 15:14 07.11.2022     364

Sabah, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Demedia.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq.

Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarına gəlincə, hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacaq.

Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər Günü bayramıdır.