Bağdadda ABŞ vətəndaşı güllələnib



 11:27 08.11.2022     484

İraqın paytaxtı Bağdadın mərkəzində ABŞ vətəndaşı güllələnərək öldürülüb.

Demedia.az xəbər verir ki, bu barədə İraq güc strukturlarındakı mənbə məlumat verib.

Bildirilib ki, Stefen Troell adlı amerikalı Bağdadın mərkəzindəki 62-ci küçədə öz maşınında qətlə yetirilib.

Məlumata görə, o, İraqda qeyri-hökumət təşkilatlarının birinci ingilis dili müəllimi kimi işləyib.