Əli İnsanovun partiyasında daha bir İSTEFA - FOTO



 22:11 08.11.2022     237

Keçmiş səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq və Ədalət Partiyasının fəalı  Nuridə Hidayət (HƏP) istefa verib. 

Demedia.az xəbər verir ki, o, istefa verməsi ilə bağlı bu sözləri deyib:

"Əziz dostlarım, bacı və qardaşlarım mən təmsil olunduğum Haqq Ədalət Partiyasına bu gündən əlvida deyirəm".

Xatırladaq ki, bundan əvvəl HƏP-in sədr müavinləri İsfəndiyar Vahabzadə və Qüdrət Quliyev partiyadan istefa verdiklərini bəyan etmişdilər.

Qeyd edək ki, Haqq və Ədalət Partiyası 2019-cu ildə Əli İnsanovun təşkilatçılığı ilə yaradılıb. Partiyanın ilk sədri Əli İnsanov seçilib. Bir neçə gün əvvəl Əli İnsanov özünün və partiyasının Prezident İlham Əliyevi dəstəklədiyini bəyan edib.

 

  • Əli İnsanovun partiyasında daha bir İSTEFA - FOTO