Milli Məclisdə görüş keçirildi - FOTO



 11:06 11.11.2022     454

 Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin təşkilatçılığı ilə 10 noyabr 2022-ci il tarixində Milli Məclisdə görüş keçirilib.
 

Demedia.az xəbər verir ki, prokurorluq orqanlarında həyata keçirilən islahatların mühüm tərkib hissəsi kimi dövlət qulluqçularının bilik və bacarıqlarının hər zaman inkişaf etdirilməsi, peşə vərdişlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu istiqamətdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Təlim Mərkəzi tərəfindən dövlət qulluqçuları üçün təşkil edilən silsilə tədbirlər əməkdaşlar tərəfindən rəğbətlə qarşılanmışdır.

Silsilə tədbirlərin davamı olaraq Təlim Mərkəzinin təşkilatçılığı ilə 10 noyabr 2022-ci il tarixində Milli Məclisdə Baş Prokurorluğun bir qrup dövlət qulluqçuları ilə görüş keçirilib.
Tədbiri açıq elan edən Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Milli Məclisin fəaliyyəti onun struktur qurumları və gələcək perspektivlər barədə ətraflı məlumat verib.

Tədbirdə  iştirak edən Milli Məclisin Aparat rəhbərinin müavini Rüstəm Mahmudov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi, Anti-korrupsiya Təlim Mərkəzinin katibi Nigar Qələndərli dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması istiqamətində görülən işlər barədə görüş iştirakçılarını məlumatlandırmışlar.
Parlamentə dəvət olunan Baş Prokurorluğun dövlət qulluqçuları Milli Məclisin inzibati binası, yeni açılmış Zəfər güşəsi, tarixi, Heydər Əliyevin həyatına həsr edilmiş muzey, Plenar və iclas zallar ilə tanış olublar.

Görüşün sonunda iştirakçılar tərəfindən maraq doğuran suallar cavablandırılıb, eləcə də faydalı fikir mübadiləsi aparılıb.

 

  • Milli Məclisdə görüş keçirildi - FOTO