"Manatın kəskin bahalaşmasının mənfi təsirləri ola bilər" - Nazir



 23:34 11.11.2022     582

"Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi kəskin şəkildə möhkəmlənə bilər ki, bunun da bir sıra mənfi təsirləri ola bilər".

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

"Manatın bahalaşması xüsusilə ixracla məşğul olan şirkətlərimizə problem yarada bilər", - o qeyd edib.